Zelenski insanların ölümündə Rusiya və Qərbi günahlandırıb
- 8-03-2022, 16:20
- 372
Xaqlxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Zelenski bildirib ki, Ukraynada insanların ölümündə günahı Rusiya, məsuliyyət isə Qərb ölkələri daşıyır:
“Bunun məsuliyyəti həm də on üç gündür Qərbdə qərar qəbul edə bilməyənlərin üzərinə düşür”.
Ukrayna Prezidenti qeyd edib ki, şəhərlərdə yüz minlərlə insan, sözün əsl mənasında, həyat və ölüm arasındadır.