Rusiyanın alay komandiri Ukraynada öldürüldü

Dünya

Rusiyanın 247-ci hücum alayının komandiri, əslən Stavropol bölgəsinin Nevinnomıssk şəhərindən olan Zizevski Konstantin öldürülüb.

Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

Bildirilib ki, qvardiya polkovniki olan Konstantin Ukraynada öldürülərək vətəninə yola salnıb, hazırda onun doğulduğu Stavropolda matəm ab-havası hökm sürür. 

Geraşenko qeyd edib ki, bu kimi halların çoxalmaması üçün ruslar Ukraynaya qarşı təcavüzün dərhal dayandırılmasını tələb etməlidir. Yoxsa cənazə gəlməyə davam edəcək.