SWIFT Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tətbiq etməyə hazırlaşır
- 28-02-2022, 07:57
- 323
Belçikada yerləşən qlobal maliyyə təşkilatları kooperativi özünün neytral olduğunu və ayrı-ayrı qurumlardan alınan, yalnız səlahiyyətli dövlət orqanları və müvafiq qanunverici orqanlar tərəfindən verilən sifarişlər əsasında fəaliyyət göstərdiyini bildirib.
"Biz yeni tədbirlərə məruz qalacaq qurumlar haqqında təfərrüatları öyrənmək üçün Avropa səlahiyyətliləri ilə əlaqə saxlayırıq və qanunvericilik sərəncamlarına uyğun olaraq onları həyata keçirməyə hazırlaşırıq", - təşkilat bildirib.