Ukrayna Rusiya hərbçilərinin bəzi məxfi sənədlərini əldə edib
- 27-02-2022, 17:40
- 836
Xalqxeber.az bu barədə UNİAN-a istinadən xəbər verir.
Qeyd edilir ki, bu, düşmənin ələ keçirilən danışıqlarının mahiyyətini anlamağa imkan verəcək.
Sənədlərə daxildir: döyüşçülərin və komandirlərin çağırış işarələri ilə döyüş heyəti; Rusiya hərbçilərinin hərəkət sxemləri: hücum, geri çəkilmə, yanacaq doldurma yolları və s.; şərti əlamətlər, xüsusən də idarəetmə əmrlərinin dekodlanması.
"Alınan sənədlər məhkəmə üçün sübut bazası olacaq, düşmən işğalçılarının hər bir adını nəzarətdə saxlamağa imkan verəcək və sağ qalan hər kəs mütləq cəzasını alacaq", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.