Ukrayna xarici hərbçilərdən ibarət qoşun növü yaradır

Dünya


Ukraynada yeni qoşun növü yaradılır.

Xaqlxeber.az xəbər verir ki, Ukraynanın prezidenti Zelenski yeni bölmənin - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionunun yaradıldığını elan etdi. Bu bölmə Rusiya təcavüzünün dəf edilməsində iştirak etmək istəyən əcnəbilərdən təşkil olunacaq.

“Ukrayna rəhbərliyi Rusiya işğalçılarına qarşı müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq istəyən bütün əcnəbilərə dövlətimizə gəlməyi və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağı təklif edir”, - deyə Baş Qərargahın saytında dərc edilmiş mesajda bildirilir