Odessada azərbaycanlılar atəşə tutuldu - ÖLƏNLƏR VAR
- 27-02-2022, 11:00
- 285
Bu barədə "Birlik" Odessa diaspor təşkilatının üzvü Anar Ağazadə "Facebook" hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub.
"Sərhəd qoşunları hərbçilərinin formasında diversiya qrupu olduğu ehtimal edilən silahlılar 7-8 maşından ibarət, əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləboran edib.
Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!" - paylaşımda deyilir.