Odessada hərbi hissəyə zərbə endirildi - 18 ölü

Dünya

Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər ölüb.

Xalqxeber.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 8-i kişi, 10-u isə qadındır. Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib.