Donbasda vəziyyət daha da gərginləşib
- 18-02-2022, 18:55
- 352
Güllələrin Luqansk stansiyasında uşaq bağçası binasına düşdüyü, nəticədə iki işçinin yaralandığı bildirilib.
Rusiyayönlü separatçılar ittihamları rədd edərək, Ukrayna tərəfinin atəşinin gücləndiyini, uşaq bağçasının binasının Ukrayna atəşi nəticəsində zədələndiyini iddia edirlər.
Təmas xəttində atəşkəs rejiminin pozulması son bir neçə ayda ən çox həddə çatıb.