"Körfəz ölkələrinin təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir" - Ərdoğan
- 13-02-2022, 10:00
- 399
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə səfəri ərəfəsində "Khaleej Times" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, ölkəsi Birləşmiş Ərəb Əmirlikləri ilə enerji, səhiyyə, kənd təsərrüfatı, logistika, infrastruktur, maliyyə, turizm, eləcə də iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.