Özbəkistan Qazaxıstanla sərhədlərini bağladı

Dünya

Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Özbəkistan XİN sərhədlərin Omicron ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.

İki ölkə arasında aviaəlaqələr davam edir.