Türkiyədə son sutkada koronavirusdan 157 nəfər ölüb
- 7-01-2022, 22:42
- 389
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 406 min 796 nəfərin test edildiyi, 63 min 214 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 min 197 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.