"Diz çökərək hərbçilərdən üzr istəyin" - Lukaşenko etirazçılara səsləndi
- 6-01-2022, 17:00
- 614
Müraciətdə o, etirazçıları hərbçilərdən üzr istəməyə və hakimiyyətlə danışıqlara dəvət edib.
"Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Onlara sadəcə olaraq deyərdim: bir az hay-küy saldınız, qışqırdınız, bəsdir, danışıqlar aparmalısınız. Siz (Qazaxıstan Prezidenti Kasım-Jomart) Tokayevlə razılığa gələ bilərsiniz. Siz gedib diz çökərək çatları yumşaltmaq üçün hərbçilərdən üzr istəməli və Tokayev hakimiyyəti ilə oturub-durmalısınız", - deyə Belarus lideri bildirib.