Türkiyə ordusu altı terrorçunu məhv etdi

Dünya

Türkiyə ordusu “Sülh çeşməsi”, “Zeytun budağı” və Fərat qalxanı” əməliyyat bölgələrində altı PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular əməliyyat bölgələrinə atəş açıblar və əraziyə daxil olmaq istəyiblər. Bundan sonra onlar məhv edilib.