"Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik" - Bayden
- 1-01-2022, 14:40
- 590
Xalqxeber.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
“Dövlət başçısı Vladimir Putinə ağır sanksiyalar tətbiq edəcəyimizi və NATO-dakı müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu daha da artıracağımızı dedim. Putinə açıq dedim ki, Ukraynanı işğal edə bilməyəcək. Ümid edirəm ki, müzakirələr işə yarayacaq”, - o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Cozef Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Bundan sonra Bayden jurnalistlərə müsahibə verib.