Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə hazırdır
- 20-12-2021, 21:51
- 408
Xalqxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Qara dəniz bölgəsində baş verən son hadisələrə toxunan Türkiyə milli müdafiə naziri sakitliyin hökm sürməsi üçün çalışdıqlarını vurğulayıb:
“İndiyə qədər razılaşdığımız müqavilələr və müvafiq qaydalar çərçivəsində Qara dənizdəki fəaliyyətlərin heç bir şəkildə gərginlik yaratmamasına, baş verənlərin böyüməməsinə çalışırıq. Bununla bağlı bütün tərəflərə mövqeyimizi bildirirəm”.