CNN ABŞ-dakı ofislərini bağladı

Dünya

CNN şirkəti koronavirusun Omikron ştammı səbəbilə ABŞ-dakı bütün ofislərini bağlamaq qərarına gəlib.

Xalqxeber.az xəbər verir ki, bu barədə CNN-in prezidenti Ceff Zuker əməkdaşlarına göndərdiyi elektron məktubda qeyd edib.

"Şirkətdə koronavirusa yoluxma hallarının artmasına görə ofislər bağlanıb. Şirkət daxilində və studiyalarda dəyişikliklər edəcəyik. Əgər işiniz üçün ofisə gəlməyiniz məcburi deyilsə, məsafədən işləyin. Əks halda xəstəlik şirkət daxilində yayılacaq", - Zuker bildirib.