Rusiyada bir gündə 1 206 nəfər pandemiyanın qurbanı oldu

Dünya

Rusiyada son sutka ərzində daha 32 602 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 9 801 613 nəfərə çatıb.

Son sutka ərzində 1 206 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.