Ərdoğanla Baydenin görüşünün vaxtı məlum oldu
- 30-10-2021, 22:08
- 409
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.
Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.
Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.