"Yenidən müharibə olsa ilk qaçan mən olacam" - Ermənistan vətəndaşı (FOTO)
- 6-10-2021, 16:20
- 474
Xalqxeber.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu Hadrutdan olan erməni müharibə zamanı Qarabağdan İrəvana gedən ermənilərin (Qarabağda qanunsuz şəkildə məskunlaşdırılan) etiraz aksiyası zamanı deyib.
"Hadrutda bir fermam var idi. Hamısını orada qoyub maşınla İrəvana gəldim. Şəhəri yaxşı tanımadığıma görə çoxlu cərimə gəldi, ödəmədim. Məni Məhkəmə Aktlarının Məcburi İcra Xidmətinə atdılar. Biz "Artsax"lı deyilik, irəvanlıyıq. İndi onlar bunu bizə edir, amma növbəti döyüşdə ilk qaçan mən olacam. Hüquqlarımızın pozulmamasını tələb edirəm. Mənə yardım etməsələr uşaqlarımı dagötürüb gedib xaricdə yaşayacam".