"Paşinyan Parlamentə girəndə qorxur" - Qarabağda oğlu ölən deputat

Dünya


"Nikol Paşinyan hər dəfə parlamentə girəndə Alen Simonyandan mənim necə davranacağımı soruşur". 

Xalqxeber.az erməni  KİV-ə istinadən xəbər verir  ki, bunu  "Hayastan" fraksiyasının millət vəkili Qegam Nazaryan jurnalistlərlə söhbətində deyib.

O, bir dəfə Simonyanla görüşdüyünü və bu məsələni müzakirə etdiyini açıqlayıb: "Simonyana vəhşi olmadığımı və heç kimə hücum etməyəcəyimi söylədim". 
Qeyd edək ki, Qegam Nazaryanın oğlu 2020-ci ildə Qarabağda həlak  olub.