Şuşada tapılan erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
- 24-09-2021, 20:20
- 484
Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Xalqxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyit Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 670-ə çatıb.