Ermənistanın iki vətəndaşı Azərbaycan ərazisinə keçib
- 19-09-2021, 14:40
- 477
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda Ermənistan MTX və Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları onların tapılması istiqamətində iş aparır.
Kasax icmasının rəhbəri Ara Mkrtçyan bildirib ki, yolunu azanlar ordudan yenicə tərxis olunmuş 2 gəncdir və onlar əsgər yoldaşlarını ziyarət etmək istəyərkən Azərbaycan ərazisinə keçiblər.
Axtarışların nəticəsi barədə əlavə məlumatın veriləcəyi qeyd olunur.