Kabildəki partlayışda jurnalist qardaşlar həlak olub

Dünya

Avqustun 26-da Kabil hava limanı yaxınlığındakı partlayışlarda 2 jurnalist və 1 tibb işçisi həlak olub.
Xalqxeber.az xarici mediaya isitnadən xəbər verir ki, ölən jurnalistlər “Raha Press” və “Atlas Press”in əməkdaşlarıdır. Terror qurbanı olan “Raha Press”in reportyoru Rza Əhmədi və “Atlas Press”in əməkdaşı Moctaba Əhmədi qardaşdırlar.
Xatırladaq ki, avqustun 26-da baş vermiş terror aktları nəticəsində 200-dək insan həlak olub, 13 Amerika hərbçisi ölüb.