Türkiyədə turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb - 17 ölü, 13 yaralı

Dünya

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

Hadisə Muğla-Antalya avtomobil yolunun Sakarkeçidi ərazisində baş verib.

Muğla valisi mikroavtobusun uçuruma yuvarlanması nəticəsində 17 nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını açıqlayıb.

Hadisə yerinə təcili yardım və xilasedici briqadaları cəlb olunub.