ABŞ Səudiyyə Ərəbistanına 300 milyardlıqsilah satacaq
- 13-05-2017, 15:13
- 83 812
Bu barədə "Reuters" agentliyi Ağ Evdəki yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, bu istiqamətdə sazişlərin bağlanması son mərhələdədir.
Yaxın on ildə isə Birləşmiş Ştatlar krallığa 300 milyard dollarlıq silah-sursat satmağı planlaşdırır.
Sazişlərin bağlanması ABŞ prezidenti Donald Trampın Səudiyyəyə səfərinə də təsadüf edə bilər. Qeyd edək ki, Trampın krallığa səfəri gələn həftə başlayır.