Türkiyə üçün ağır gün - 2 əsgər şəhid oldu, 11-i yaralandı

Dünya

Türkiyənin Ağrı şəhərinin Doğubayazıt vilayətinin Tendürek dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

“Posta” qəzetinə istinadən verdiyimiz məlumata görə, hadisə nəticəsində 2 əsgər şəhid olub, 11 əsgər yaralanıb, eləcə də 5 terrorçu ölüb.

Bölgədə hava dəstəkli əməliyyat başlayıb. Yaralı əsgərlərin xəstəxanalara aparılması üçün əraziyə təcili tibbi yardım avtomobilləri və helikopterlər cəlb olunub.