Putin və Lukaşenko Qərbin qarşısında... – Əsəd
- 10-05-2017, 09:22
- 38 884
Bunu Suriya Prezidenti Bəşər Əsəd Belarusun ONT telekanalına verdiyi müsahibəsində deyib.
“Kim fikirləşərdi ki, Qızıl ordunun müharibənin əvvəlində geri çəkilməsi daha sonra qələbəyə çevriləcək. Əgər SSRİ-nin qələbəsi olmasaydı, Normandiyaya da desant çıxarılmayacaqdı. Qərbdə çoxları Sovet İttifaqının bu müharibədə oynadığı rolu gizlətməyə çalışır”, - Əsəd bildirib.
Əsədin sözlərinə görə, Qərb Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putini bədnam obrazda təqdim etməyə çalışır:
“Siz faktiki olaraq blokadadasız, Prezident Lukaşenkonu bədnam obrazda göstərməyə çalışırlar. Qərb bunu Putin üzərində də etməyə çalışır. Amma onlar Qərbin qarşısında əyilmirlər”.