Baydenin inauqurasiyası pandemiya qaydası ilə keçiriləcək
- 4-01-2021, 12:00
- 736
“RİA Novosti” agentliyinə istinadən xəbər veririk ki, bu barədə ABŞ Konqresinin İnauqurasiya üzrə komitəsi bildirib.
Qeyd edilir ki, qoşunların ənənəvi keçidində silahlı qüvvələrin bütün növləri iştirak edəcək, amma hərbi qulluqçular arasında sosial məsafə qaydasına riayət olunacaq. Bu halda mülki parad bütün ölkə üzrə virtual formatda keçiriləcək.
Bundan başqa, inauqurasiyaya Konqresin özünün yalnız 435 üzvü dəvət ediləcək. Onlardan hər biri mərasimə yalnız bir qonağı gətirə bilər