İzmirdə 3 yaşlı uşaq 65 saat sonra dağıntılar altından xilas edildi

Dünya

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

Bu barədə məlumatı “Anadolu” yayıb.

Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, İzmir şəhərinin Seferhisar rayonunda baş vermiş 6,6 bal gücündə yeraltı təkan nəticəsində 76 nəfər həlak olub.