Ərdoğan Rza Zərrabdan danışdı

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən il ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı sualı cavablandırıb.

"Reuters"ə müsahibəsi zamanı Ərdoğana ABŞ prezidenti Donald Trampla keçirəcəyi görüşdə Türkiyə vətəndaşı olan Rza Zərrabın məsələsini gündəmə gətirib-gətirməyəcəyi sualı ünvanlanıb. O, Rza Zərrabla bağlı məsələnin gündəmdə olduğunu deyib:

"Atacağımız addımlardan biri də Rza Zərrab ilə bağlı olacaq. O mənim atamın oğlu deyil, amma mənim vətəndaşımdır. Əgər günahı varsa, bizim Ədliyyə Nazirliyinə də materiallar təqdim edilməlidir. Yoxsa uydurulmuş ittihamlarla həbsdə saxlanarsa, vətəndaşına sahib çıxa bilməyən dövlət kimi tanınarıq".