Xanım deputat özünü tribunaya qandalladı - QALMAQAL+Video

Dünya

Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında gərgin anlar yaşanıb.

xalqxeber.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaradan seçilən bitərəf deputat Aylin Nazlıaka özünü parlamentin tribunasına qandallayıb: “Dayana bildiyim qədər burada qalacağam. Cümhuriyyət dəyərlərinin yox edilməsinə qarşıyam, Konstitusiya dəyişikliyinə etiraz olaraq özümü kürsüyə qandalladım”.
Bundan sonra isə məclisdə qalmaqal yaranıb. Vəziyyətin gərginləşdiyini görən spiker iclasda fasilə elan edib.