Monteneqro Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verdi
- 4-08-2020, 14:42
- 857
Bu barədə “RİA Novosti” məlumat yayıb.
İndi Azərbaycan vətəndaşlarına COVID-19 ilə əlaqədar əlavə şərtlər olmadan Monteneqroya giriş icazəsi verilir.
İyunun 1-dən etibarən Monteneqro hökuməti xüsusi giriş meyarları tətbiq edir. Bu qaydalara görə, 100 min əhaliyə 25-dən çox COVID-19 halının qeydə alındığı ölkələrin vətəndaşları üçün sərhədlər bağlıdır.