Makron meri Fransanın Baş naziri təyin etdi - FOTO
- 3-07-2020, 16:52
- 1 206
Yelisey sarayına istinadla xəbər veririk ki, bununla bağlı dövlət başçısı Emmanuel Makron sərəncam imzalayıb.
“Respublikanın Prezidenti Jan Kasteksanı Baş Nazir təyin etdi və ona yeni hökuməti formalaşdırmağı tapşırdı”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Kasteksa Fransanın cənubunda Prad şəhərinin meri olub.
Xatırladaq ki, Baş Nazir Eduar Filipp və onun rəhbərlik etdiyi hökumət kabineti istefa verib.