Rusiya nəhayət ki, Lenindən qurtulur: Duma nəşi dəfn edir
- 20-04-2017, 15:37
- 89 058
Rusiya mətbuatına istinadən bildirir ki, layihəni liberal-demokratlar və "Vahid Rusiya" fraksiyasının nümayəndələri birgə hazırlayb. Layihədə Leninin nəşinin dəfn edilməsinin hüquqi mexanizmi əksini tapıb.
"Biz aidiyyatı qurumların təmsilçilərindən ibarət komissiya yaradılmasını təklif edirik. Hazırda Leninin nəşinin dəfni ilə bağlı məsələnin həlli üçün hüquqi əsas hazırlanır",- deyə layihə müəlliflərindən biri olan Vladimir Sısoyev bildirib.
Qeyd edək ki, Rusiyada keçirilən rəy sorğuları inqilab liderinin dəfn edilməsi tərəfdarlarının çox olduğunu göstərir. Moskva patriarxatının nümayəndəsi olan İlarion da "Lenini mavzoleydən rədd edin" deyə aprelin əvvəlində mətbuata müsahibəsinə çağırışla Dumaya müraciət etmişdi.