Doğranaraq öldürülən jurnalist Kaşıkçının oğlu qatilləri bağışladı
- 22-05-2020, 12:11
- 1 477
Bu barədə o, özünün “Twitter” hesabında xəbər verib.
Salah bu işi Allahın razılığını qazanmaq üçün etdiyini deyərək, “Quran”ın bağışlamaq barədə ayəsindən də sitat gətirib.
Xatırladaq ki, dekabrın 23-də Kaşıkçının qatillərinə ölüm hökmü oxunub. Ümumilikdə, 11 nəfər təqsirli bilinib. Onlardan beşinə ölüm hökmü verilib, üçü isə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda itkin düşüb. O, boşanmanı rəsmiləşdirmək və türkiyəli xanımla ailə həyatı qurmaq üçün diplomatik quruma sənədlərini götürməyə gəlib.
Sonradan Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadla Kaşıkçının konsulluğun binasında qəddarcasına işgəncəyə məruz qaldığını və öldürüldüyünü xəbər verib.