Bakılı milyarderlər Moskvanın mərkəzindəki Mərkəzi Bazarı aldılar
- 18-01-2020, 23:17
- 1 593
Moskvadakı Rojdestvenski Bulvarındakı mərkəzi bazarın sahibi dəyişib. Daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışa əsasən bazar binasının ümumi sahəsi 3,4 min kvadratmetrdir. Hazırda Mərkəzi bazarın ümumi sahəsi 5 min kvadratmetrdir.
Obyektin dəyəri təxminən 1,5-1,7 milyard rubldur. Mərkəzi bazarı gündə 12 mindən çox adam ziyarət edir və obyektin icarə haqqı 1 kvadrat üçün 25-40 min rubl təşkil edir.
Qeyd edək ki, Bakılı Qod Nisanov və Zarax İliyevə məxsus olan “Kiyevskaya Ploşad” Qrupu Rusiyadakı ən böyük ticarət daşınmaz əmlakı sahibi kimi tanınırlar.
Konkret.az