Camal Qaşıqçının qatilləri edam ediləcək – Məhkəmə hökm çıxardı
- 23-12-2019, 16:36
- 1 701
“Hurriyet”ə istinadən bildiririk ki, bu barədə Səudiyyə Ərəbistanı məhkəməsi qərar qəbul edib.
Məlumata görəi, jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayəti törədən qrupun lideri sayılan, krallıq Divanının müşaviri Səud əl-Kahtani cəzalandırılmayıb.
Xatırladaq ki, tanınmış müxalifətçi jurnalist C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.