Azərbaycanlı qadınlardan Türkiyədə qeyri-adi oğurluq - FOTO
- 4-12-2019, 17:44
- 3 068
Oğurluqda şübhəli bilinən 7 Azərbaycanlı saxlanılıb. Onlardan 5-i qadındır.
Şübhəlilərin folqa vasitəsi ilə həyəcan sıqnalından yayındığı ortaya çıxıb. Girdikləri mağazadan oğurladıqları əşyaların barkot və qurğularına alüminium folqa ilə bağlayaraq siqnaldan yayınıblar.
Daha bir mağazaya girib öz oğurluq əməllərini törətməyə cəhd edərkən yaxalanıblar.
Polis əməkdaşları oğruların oğurladıqları, geyim əşyaları, elektronik alət və mətbəx əşyalarını bir avtomobilin içində tapıblar.
Saxlanılanlardan 44 yaşlı M.A adlı qadın məhkəmədən sonra həbsxanaya göndərilib. Bölmədə ifadə verən G.A. (49), K.A. (53), T.H. (50) və L.L. (54) adlı qadınlar, N.Y. (40) və B.L. (29) şəxslər Samsun Məhkəməsinə sövq edilib.