Deputata sui-qəsd cəhdi - 3 yaşlı oğlu öldürüldü

Dünya

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.
Virtualaz.org rus mətbuatına istinadla bildirir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Bildirilir ki, silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. İş adamına silahlı hücum Kiyev şəhərinin Leo Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.