Əhmədinejaddan Ruhaniyə: İranı nə günə saldınız?!
- 25-11-2019, 11:04
- 1 209
Əhmədinejad etirazçılara amansız münasibət göstərən rəhbərliyi, o cümlədən prezident Həsən Ruhanini, məhkəmə sisteminin başçısı İbrahim Rəisini sərt tənqid edib.
O, Ruhaninin hakimiyyəti dövründə İranda yoxsulluq həddinin 10 dəfə artdığını bildirib:
“Ölkəni nə hala saldınız? Danışanı boğursunuz, ağzına vurursunuz, susdurursunuz, alçaldırsınız, təhqir edirsiniz. Bu ölkə hər kəsindir. Siz (Ruhani və Rəisi) bu ölkənin sahibisiniz? Açıq şəkildə deyirəm: millət qətiyyən bu gedişatdan razı deyil. Xalq, digər orqanlar da qəbul etmir.