Sankt-Peterburq metrosunda partlayış — SON DƏQİQƏ + VİDEO

Dünya

Rusiyanın Sankt-Peterburq şəhərində metropolitenin stansiyalarının birində partlayış baş verib.
Metronun "Ot sahəsi" stansiyasında partlayış səsi eşidilib. Xəsarət alanlar var. Hadisə şahidlərinin məlumatına görə partlayış nəticəsində həlak olanlar da var.
Hüquq-mühafizə orqanları bildirir ki, baş verən partlayış terror aktı da ola bilər.
"Ren TV" yayımlayan fotoda 7 nəfər yaralı görünür. Partlayış vaqonların birində baş verib.