Jak Şirak vəfat etdi

Dünya

Fransanın sabiq Prezidenti Jak Şirak dünyasını dəyişib.

“Röyters”ə istinadəni xəbərə görə, 86 yaşlı siyasətçi bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, J. Şirak 1974-1976 və 1977-1986-cı illərdə Fransanın Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa Prezidenti olub.