İstefası tələb olunan nazir Baş nazir təyin edildi - Gürcüstanda

Dünya

Gürcüstanın yeni Baş naziri bəlli olub.

Yaxın həfətlərə qədər müxalifət tərəfindən istefası tələb olunan Daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin edilib.

Bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

Xatırladaq ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze ötən gün istefa verib.