Tanınmış iş adamı tutuldu - Rza Zərrabla bağlı
- 29-03-2017, 10:51
- 1 458
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, həbs edilən şəxs Türkiyədə böyük nüfuza malik olan “Halkbank”ın Beynəlxalq Bankçılıq üzrə məsul direktorunun müavini Mehmet Hakan Atilladır. Bank Hakan Atillanın ABŞ-da saxlanıldığı haqda məlumat yaysa da, təfərrüatları açıqlamayıb.
Lakin bir çox türk mediasında yer alan xəbərlərdə qeyd edilir ki, Nyu-Yorkda hava limanında saxlanılan Hakan Atilla Rza Zərraba bank hesabları ilə oynamaqda və “çirkli pullar”ın yuyulması məsələlərində kömək etməkdə günahlandırılır. Bank rəsminin saxlanılması barədə açıqlama verən Nyu-York Baş Prokurorluğu direktor müavininin saxlanıldığı gün ərzində hakim qarşısına çıxarılacağını bildirib. O da qeyd edilir ki, prokurorluq onun 50 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. “Hürriyyet” nəşrinin Nyu-Yorkdakı nümayəndəsi Razi Canikligil isə şəxsi tvitter hesabında Hakan Atillanın Rza Zərrabın olduğu Manhetten həbsxanasına köçürüldüyünü bildirib.