Türkiyəli diplomatlar güllələndi – Restoranda DƏHŞƏT
- 17-07-2019, 17:46
- 1 184
Yeni Sabah xəbər verir ki, naməlum silahlılar restoranı gülləbaran ediblər.
Hücum nəticəsində baş konsulunun köməkçisi Hakan Karaçay vəfat edib. Daha 2 nəfərin isə yaralandığı bildirilir.
Silahlılar hadisə yerindən qaçıblar.
İlkin ehtimallara görə, hücumu PKK terrorçuları həyata keçirib. Belə ki, son günlər Türkiyə Silahlı Qüvvələrinin PKK-ya ağır zərbələr endirməsinə cavab olaraq bu hücumun təşkil edildiyi düşünülür.
Qeyd edək ki, bəzi saytlar ölü sayının 3 olduğu bildirilir. Lakin, bu məlumat rəsmi olaraq hələlik təsdiqlənməyib.