Gürcüstana qar yağıb - FOTO
- 1-07-2019, 12:51
- 840
“Report”un yerli bürosu xəbər verir ki, qar ötüyü Svaneti bölgəsi və Baxmaro kurortunda müşahidə olunur.
Qonşu ölkədə hava şəraiti iyunun 27-dən etibarən qeyri-sabit keçir. Paytaxt Tbilisi daxil olmaqla bütün ölkə ərazisində güclü külək əsir.
İyulun 2-dən etibarən Gürcüstanda temperaturun yüksələcəyi və hava şəraitinin normallaşacağı gözlənilir.