İmamoğlunun mandatı nə zaman veriləcək? - YSK sədrindən rəsmi açıqlama
- 24-06-2019, 10:14
- 835
Onun sözlərinə görə, seçkilər sakit mühitdə başa çatıb, lakin yayımla bağlı bəzi qadağaları nəzərə almadan seçki nəticələri ilə bağlı açıqlama yayan televiziya kanallarının məsul şəxsləri barəsində tədbir görülməsi üçün Radio və Televiziya Yüksək Qurumuna bildiriş göndərilib.
Sədr həmçinin qeyd edib ki, seçkilərdə 54,3 faiz səslə qalib gələn CHP namizədi Əkrəm İmamoğluya mandatı nəticələrə etiraz edilmə prosesi bitəndən sonra təhvil veriləcək.
Sadi Güven etiraz prosesinin 3 iyul saat 17:00-a qədər davam edəcəyini sözlərinə əlavə edib.