Tramp yenə "soyqırım" ifadəsini işlətmədi

Dünya

ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri yenə “böyük fəlakət” adlandırıb.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, Tamp "soyqırım" ifadəsi işlətməyib.

O, 1915-ci il aprelin 24-ü ilə bağlı açıqlamasında həmin günləri “Meds Yeghern” (“Böyük fəlakət”) adlandırıb.