İsveçrə prokurorluğu Telman İsmayılov barəsində cinayət işi başlayıb
- 17-04-2019, 10:14
- 1 223
“Report” “İnterfax”a istinadən xəbər verir ki, ona qarşı cinayət işi Rusiyanın “VTB” bankına məxsus “BM-Bank”ın iddiası əsasında açılıb.
T.İsmayılov dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Cinayəti sübuta yetiriləcəyi halda onu maksimum 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.
Bir müddət əvvəl “BM-Bank” T.İsmayılova məxsus “Praqa” restoranını, “Tropikano” Biznes Mərkəzini, “AST” Ticarət Mərkəzini və Moskvada Kutuzov prospektindəki 2 mənzilinə, habelə onun ABŞ-dakı “Craig Valley Plaza” Ticarət Mərkəzinə həbs qoyulub.
Kreditorlar bildiriblər ki, T.İsmayılov kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürüb.
T.İsmayılvoun vəkili məlumatı mətbuatdan öyrəndiklərini bildirib.