Sudan prezidenti həbs edildi, hərbi rejim elan edildi (RƏSMİ)
- 11-04-2019, 16:30
- 1 135
Euronews-a istinadən xəbər veririk ki, müdafiə nazirinin dövlət televiziyasına verdiyi məlumata görə, prezident Ömər Əl Bəşir hakimiyyətdən uzaqlaşdırılıb və həbs edilib. Ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Növbəti 2 il ərzində Sudan hərbi rejim tərəfindən idarə ediləcək.
Qeyd edək ki, səhər saatlarında Sudan ordusu dövlət televiziyasını ələ keçirmiş, daha sonra isə Bəşirin istefa xəbəri yayılmışdı.